Gürcüstan hərbçilərinin Əfqanıstanın Hilmənd əyalətindəki hərbi bazasına intiharçının basqını nəticəsində 7 gürc əsgər həlak olub, 9-u yaralanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Gürcüstan Müdafiə Nazirliyi bildirib ki, intiharçı hərbi baza yaxınlığındakı yük maşınında partlayış törədib.
Hərbi hospitala yerləşdirilən yaralıların səhhəti ilə bağlı təhlükənin olmadığını bildiriblər.
Mənbənin məlumatına əsasən, Gürcüstanın 1600 –ə yaxın sülhməramlı hərbçisi 2009-cu ilin avqustundan Əfqanıstanda xidmətdədirlər. Son üç ildə onlardan 22 hərbçi həlak olub