Dar ağacından asılan kişinin qohumu edam zamanı qumbara atıb.
Lent.az-ın «Agence France-Presse»-ə istinadən məlumatına görə, nəticədə 28 nəfər yaralanıb.
Mənbə bildirib ki, olay ölkənin qərbində İlam şəhərindəki həbsxananın qapısı qarşısında törədilib. Məlumata əsasən, qohumları hesab edib ki, qumbaranı atmaqla edamı dayandıra bilər. Ancaq bu baş verməyib.
Onlar tutulduqlarından ikinci qumbaranı atmağa nail olmayıb.
Xatırladaq ki,2012-ci ildə ölkədə 537 nəfər edam olunub.