Oktyabrın 23-də Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski və Moskva şəhəri valisinin regional təhlükəsizlik məsələləri üzər müavini Aleksandr Qorbenko Dövlət Dumasında deputatlar qarşısına hesabat verəcək.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə parlamenti Moskvanın Birülevo rayonunda baş vermiş iğtişaşları müzakirə edəcək.
Xatırladaq ki, oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakov bu rayonda qətlə yetirilib. Olaydan 3 gün sonra bundan istifadə edənlər rayonda qarışıqlıq salıb.
Azərbaycan Respublikasının vətəndaşı Orxan Zeynalov isə qətli törətmək şübhəli bilinərək, həbs edilib.