Dərbənddə azərbaycanlılara qarşı saxtakarlıq: Putin komissiya göndərir
19 sentyabr 2013 17:37 (UTC +04:00)

Dərbənddə azərbaycanlılara qarşı saxtakarlıq: Putin komissiya göndərir

Dərbənd Şəhər Dumasına keçirilən seçkilər qalmaqal yaradıb.

 

Dərbənddəki mənbələrdən Lent.az-a verilən məlumata görə, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan şəhərdə yerli Dumaya seçilən 35 deputatın yalnız 8-i azərbaycanlıdır.

 

Digər deputatlar isə ləzgi, tabasaran və dargin millətindən olanlardır. “İlk dəfə azərbaycanlılar Dumada bu qədər az sayda təmsil olunacaqlar. Azərbaycanlılar Dərbəndin ləzgi əsilli mer İmam Yaraliyevin başçılıq etdiyi saxtakarlıq kampaniyası, seçki qutularına kütləvi bülletenlərin atılması nəticəsində belə bir durumun yaranmasına qəzəblənib. Diqqət çəkən həm də odur ki, İmam Yaraliyevin yaxın adamlarından olan Dumanın sədri Mövsüm Rəhimov azərbaycanlıdır, Dərbənddə “Şahristan” restoranın sahibidir. O da seçki kampaniyasının təşkilində “fəallığı” ilə seçilib” – deyə mənbə bildirib.

 

Dağıstan prezidenti Ramazan Abdulatipova şikayət etməyi mənasız sayan Dərbənd azərbaycanlıları Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər. Artıq Rusiya Prezidentinin Aparatından və Dağıstanın Prokurorluğundan cavab məktubu da gəlib. Məktubda bildirilir ki, yaxın vaxtlarda Moskvadan Dərbəndə xüsusi komissiya gələcək və seçkinin nəticələrinin saxtalaşdırılması ilə bağlı istintaq başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2661
avatar

Oxşar yazılar