Bu gün Qurban bayramı Dərbənddə də qeyd olunur. Dərbənddə yaşayan jurnalist Telman Tahirlinin Lent.az-a verdiyi məlumata görə, bu gün şəhərdə yaşayan sünni və sələfi müsəlmanlar bayramı qeyd edirlər. Şiə müsəlmanları isə sabah bayramlaşacaqlar.
Tahirlinin dediyinə görə, Dərbənd meri İmam Yarəliyev şəhərin içində qurbanlıq heyvanların kəsilməsinə icazə verməyib. Buna görə də sakinlər öz qurbanların şəhərin kənarında kəsirlər.