ABŞ senatında demokratlarla respublikaçılar hökumətinin işinin bərpası və dövlət borcunun artırılması ilə bağlı güzəşt əldə edib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda respublikaçı Nyu-Gempşirin senatoru Kelli Ayott açıqlama verib.
«Mənim bildiyimə görə, onlar razılaşıb. Ancaq qoy, bu haqda özləri bildirsin»-deyə, büdcə-maliyyə sövdələşməsinin detallarının müzakirəsinə gedən senator söyləyib.
Gün ərzində senat liderlərinin müzakirə etdikləri məsələ haqqında açıqlama verəcəkləri gözlənilir.