Dağıstanın təhsil nazirinin müavini həbs olundu
19 sentyabr 2013 10:56 (UTC +04:00)

Dağıstanın təhsil nazirinin müavini həbs olundu

Rusiya Federasiyası Dağıstan Respublikasının təhsil nazirinin 1-ci müavini İdris Musayev dələduzluq ittihamı ilə həbs edilib.


APA-nın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Nazir müavini dövlət büdcəsindən təhsil müəssisələrinin pedaqoji heyətinin ixtisasartırma kursları üçün ayrılan 2 milyon rubldan çox vəsaiti mənimsəməkdə ittiham olunur. 2007-ci ildən bəri İ. Musayev Dağıstanın Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektoru olub. İstintaqın versiyasına əsasən mənimsənən pullar institutun müəllim heyətinə mükafat adı altında leqallaşdırılıb. Polis institutun baş mühasibi və kassirini də həbs edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709
avatar

Oxşar yazılar