Çinin şimal-qərbində, Tsinxay əyalətində torpaq sürüşüb. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «Sinxua» agentliyi bu haqda məlumat yayıb.
Mənbə bildirib ki, təbii fəlakət nəticəsində azı 7 nəfər həyatını itirib. Onlardan ikisi qadın, 5 kişidir. Olayla bağlı ətraflı məlumat yayılmayıb.