Çin interneti döyüş meydanı elan etdi
18 sentyabr 2013 12:26 (UTC +04:00)

Çin interneti döyüş meydanı elan etdi

Çin Mərkəzi Hərbi Şurasının sədri Syuy Silyan internetin ideoloji mübarizədə “yeni döyüş meydanı” olduğunu bəyan edib.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,  Syuy Silyan Çinin Xalq-Azadlıq Ordusunu qlobal şəbəkədə ictimai rəyə daha yaxşı təsir göstərməyə çağırıb.

 

Çin Mərkəzi Hərbi Şurasının sədri bildirib ki, ideoloji mübarizədə “yeni döyüş meydanı”nı – interneti ələ keçirmək üçün təşəbbüs göstərmək lazımdır. O, hərbi qulluqçuların və əhalinin ideoloji tərbiyəsində daha çox səy göstərməyi və düşmən qüvvələrin soxulması və təxribatının qarşısını almaq üçün möhkəm müdafiə xəttinin yaradılması məqsədilə onlayn rejimdə ictimai fikri lazımi istiqamətə yönəltməyi əmr edib. Bu məsələdə aşağı səviyyəli mütəxəssislər qrupunun yaradılması xüsusi əhəmiyyət kəsb edir.  Çin Mərkəzi Hərbi Şurasının sədri həmçinin əsgər və zabitlərdən ideoloji meydanda vəziyyətin mürəkkəbliyini nəzərə alaraq öz əqidələrinə sadiq qalmalarını tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837
avatar

Oxşar yazılar