Oktyabrın 27-də Gürcüstanda prezident seçkisidir. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, namizədlərdən biri,ölkə parlamentinin keçmiş sədri Nino Bürcanadze qalib gələcəyi halda Rusiya ilə normal münasibətləri bərpa edə biləcəyini vurğulayıb.
«Heç bir təminat yoxdur. Ancaq əgər doğur fəaliyyət göstərilərsə, onda hədəfə çatmaq üçün böyük şans var. Vladimir Putin baş nazir olanda mən onunla görüşmüşdüm. Ondan Gürcüstan-Rusiya münasibətlərinin normallaşdırılmasına, Gürcüstanın ərazi bütövlüyünün bərpası şansı olduğunu eşitdim»-deyə, o, «Rustavi-2» telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskvada keçirilən həmin görüşdə Putin deyib ki, əgər gürcülər, abxazlar və osetinlər bir dövlətdə yaşamaq üçün razılaşarlarsa, Rusiya bu seçimə mane olmayacaq.