Britaniya Mühafizəkarlar Partiyası sədrinin müavini Alan Lüis zorlamada şübhəli bilinərək, həbs edilib.
Lent.az-ın «lena.ru»-ya istinadən məlumatına görə, ehtimal olunan qurban bildirib ki, Lüis 196-cı illərin sonunda Mançestr şəhəri ətrafında zorlayıb.
75 yaşlı sədr müavini girov qarşılığında sərbəst buraxılıb. Zərərçəkən polisə gərəkən dəstəyi və yardımı etməyə hazır olduğu bildirib.
Lideri Britaniyanın baş naziri Devid Kemeron olan partiya Lüisin hərəkətinə şərh verməkdən imtina edib.
Onun həbsi isə partiyanın konfransı başlayacaq ərəfədə məlum olub. Partiyanın toplantısı sentyabrın 29-da Mançestrdə keçiriləcək.