Brejnevin kürəkəni Çurbanov vəfat edib
10 oktyabr 2013 20:20 (UTC +04:00)

Brejnevin kürəkəni Çurbanov vəfat edib

Keçmiş SSRİ-nin lideri Leonid İliç Brejnevin kürəkəni, sovetlərin daxili işlər nazirinin müavini Yuri Çurbanov uzun sürən xəstəlikdən sonra 76 yaşında vəfat edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, oktyabrın 7-də keçinsə də xəbəri dəfn günü, oktyabrın 10-da yayılıb.

 

Mənbə bildirib ki, Y.Çurbanov Moskvada Mitinsk qəbiristanlığında dəfn edilib.

 

O, 1936-cı il noyabrın 11-də anadan olub. 1983-1986-cı illərdə SSRİ Daxili İŞlər Nazirliyi daxili qoşunlar baş idarəsi rəisinin müavini işləyib.

 

Çurbanov 1971-ci ildə Brejnevin qızı Qalina Brejneva ilə evlənib. O, Çurbanovun üçüncü nikahı olub. 1987-ci ildə Brejnevin kürəkəninin «pambıq işi» və ya «özbək işi» ilə bağlı həbs ediblər. O, korrupsiyada ittiham olunub. Həmin illlərdə SSRİ-nin  lideri Andrey Andropov irimiqyaslı antikorrupsiya kampaniyasına başlamışdı.

 

Bir 1988-ci ildə Çurbanova 12 il iş kəsilib. O, həbsdə olanda əmlakın bölünməsi məqsədi ilə Qalina Brejneva boşanma barəsində məhkəməyə  müraciət edib. 1993-cü ildə Çurbanov vaxtından qabaq şərti azadlığa buraxılıb.

 

2000-ci illərin ikinci yarısında o,iki dəfə insult keçirib və bundan sonra yatağa düşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3026
avatar

Oxşar yazılar