Britaniya xüsusi xidmət orqanları Belçikanın dövlət rabitə operatoru «Belgacom»-u izləyirmiş.
Lent.az-ın «BBC-yə istinadən məlumatına görə, Almaniyada çıxan nəşriyyə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, hazırda Rusiyaya sığınmış Edvard Snoudenin sənədlərinə əsaslanaraq, bu haqda xəbər yayıb.
Mənbə bildirib ki, casusluq fəaliyyətinə hələ 2010-cu ildən başlayıblar. Avropa Birliyi və NATO-nun mənzil-qərargahı yerləşən Belçikadan casusluq etmək daha rahatdır.
Hakimiyyət təmsilçiləri ölkə jurnalistlərinə Çinin casusluq fəaliyyəti barədə məlumat vermişdi. Casusluğu təşkil edən dövlətlər arasında ABŞ və İsrailin adı çəkilməklə yanaşı, Rusiyanın da bu işdə iştirakı ehtimal edilib.