Belarusun Borisov şəhərində katolik kilsəsinin keşişi saxlаnılıb.
Lent.az-ın «Radio Svaboda»-a istinadən məlumatına görə, Belarusdakı Roma-katolik kilsəsinin mətbuat-katibi Yuri Sanko deyib: «Biz bu faktı bilirik. Ancaq onun tutulma səbəbini dəqiq bilmirik. Rəsmi məlumatın açıqlanmasını gözləyirik».
O,qeyd edib ki, məsələ ilə Vatikanın Belarusdakı səfirliyi məşğuldur.
O, ölkə prezidenti Aleksandr Lukaşenkonun ötən cümə günü xarici dövlətə casusluq edən keşişin tutulması ilə bağlı dediklərinə münasibət bildirməkdən imtina edib.
Xatırladaq ki, Lukaşenko bildirib ki, Belarusuun xüsusi xidmət orqanları katolik kilsəsi vasitəsi ilə işləyən əcnəbi dövlətin casusunu tutub.
Dövlət Təhlükəsizlik Komitəsi baş verən olaya münasibət bildirməyib.