Avropa Şurası Parlament Assambleyası, Çexiyanın keçmiş prezidenti Vatslav Qavel kitabxanası və «Charta77» tərəfindən insan haqlarının müdafiəsi sahəsinə həsr edilmiş «Qavel mükafatı»nın Belrarus hüquq müdafiəçisi Ales Belyatskiyə verilib.
«Vesna» adlı hüquq müdafiəsi təşkilatı 1996-cı ildən Belarusda fəaliyyət göstərir. Ölkənin Ədliyyə Nazirliyi bu qurumu rəsmi qeydə almaqdan imtina edib.
A.Belyatsk Belarusun Bobruyskdakı 2 saylı islah koloniyasında cəza çəkir. O, 2011-ci ilin avqustunda «vergidən yayınmaq» ittihamı ilə mühakimə edilib. Ona 4,5 il iş kəsilib.
Beynəlxalq hüquq müdafiəsi təşkilatları tərəfindən o, «vicdan məhbusu» elan edilib.
Xatırladaq ki, Qavel mükafatı hər il təqdim olunur. Mükafat 60 min avrodur.