Azərbaycanda kitabının təqdimatı keçirilmiş məşhur siyasətçi öldü
10 oktyabr 2013 17:52 (UTC +04:00)

Azərbaycanda kitabının təqdimatı keçirilmiş məşhur siyasətçi öldü

Bu gecə Avropa Xalq Partiyasının sədri Vilfrid Martens vəfat edib.

 

Lent.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Avropadakı ən böyük partiyalardan birinə rəhbərlik edən 77 yaşlı Vilfrid Martens səhhətindəki problemlərlə bağlı keçən həftə səlahiyyətlərini Avropa Xalq Partiyasının Avropa Parlamentindəki fraksiyasının rəhbəri Cozef Dola təhvil verib.

 

Vilfrid Martensin dəfn mərasimi oktyabrın 19-d təşkil olunacaq.

 

Qeyd edək ki, 1935-ci ildə Belçikada anadan olmuş Vilfrid Martens Avropa inteqrasiyasının ideoloqlarından biri kimi öz siyasi karyerası boyunca Flamand Xristian-Demokrat Partiyasının sədri, iki dönəm Belçikanın baş naziri, Avropa Xalq Partiyasının sədri kimi mühüm vəzifələr daşıyıb. 2011-ci ilin dekabrında Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Vilfrid Martensin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” adlı kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.  Tədbirdə Mərasimdə MM-in sədr müavini Bahar Muradova, MM-in komitə sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Oxşar yazılar