Leysan yağışlar Avstiyada ciddi problemlərə yol açıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, güclü subasma ilə əlaqədar Avstriyanın cənub-qərbində qatarların hərəkəti dayandırılıb.
Vyanadan İnsburqa və Almaniyanın Münhen şəhərlərinə qədər marşrutlar ləğv edilib. Qatarların hərəkətinin məhdudlaşdırılmasının davam edəcəyi gözlənilir. Leysan yağışlar torpaq sürüşməsinə də yol açıb. Ponqau regionunda torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, Taksenbax şəhərində 2 nəfər itkin düşüb. Meteoroloqlar Dunay çayında son onilliklərdə ən yüksək su səviyyəsinin qeydə alınacağını istisna etmirlər. Dunay çayı ətrafında yerləşən regionlarda fövqəladə vəziyyət elan olunub.