Almaniyada «qrinpis» («Yaşıllar») Rusiya «Qazprom»-una məxsus yanacaq doldurma məntəqələrini (YDM)mühasirəyə alıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, oktyabrın 2-də 60 yaxın fəal şirkətin Almaniyadakı 23 YDM-i qarşısında etiraz aksiyası keçirib.
«Yaşıllar» Hərəkatının Berlindəki fəalları özlərini benzin çənlərinə qandallayaraq, «Artik Sanrayz» heyətinin təcili azadlığa buraxılmasını tələb ediblər.
«Fəallar Arktikanın müdafiəsini daandırmayacaq. Biz gələcəkdə də Artikanı dağımaq istəyənlərini adlarının söyləyəcəyik»-deyə, təşiklatın neft üzrə mütəxəssisi Yorg Fedderen bəyan edib.
Xatırladaq ki, «Qrinpis»in «Arktik Sanrayz» gəmisinin 30 nəfərlik komandasında 14-ə qarşı Rusiyada «quldurluq» maddəsi ilə iş açılıb və onlara qarşı ittihamlar təsdiqlənəcəyi halda 10 ildən 15 ilədək iş kəsilə bilər.