ABŞ prezidenti Barak Obamanın İran prezidenti Həsən Ruhani görüşü planlaşdırılmayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu bəyanatı Ağ Evin mətubat katibi Cey Karni verib: «Bizim belə bir planımız yoxdur».
Bir müddət öncə BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Ruhaninin Barak Obama ilə görüşəcəyi barədə xəbərlər yayılmışdı.
ABŞ-ın «NBC» telekanalına müsahibəsində İran hökumətinin başçısı Nyu-Yorkda ABŞ prezidenti ilə görüşüb-görüşməyəcəyi ilə bağlı suala belə cavab verib: «Proqramımda Obama ilə görüşmək yoxdur. Ancaq siyasətdə hər şey ola bilər. Baxır şəraitə».