İranla «altılıq» arasındakı danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şermanın başçılıq edəcək.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Dövlət Departamenti açıqlama verib. Danışıqlar oktyabrın 15-16-da Cenevrədə keçiriləcək.
Şerman artıq İsveçrəyə yola düşüb.
Bu yaxınlarda o, konqresdə çıxışı zamanı bildirib ki, ABŞ İrandan nüvə proqramına aid bütün məsələlərə ilə bağlı «konkret fəaliyyət» gözləyir: «Mən sizi (İran əhalisini nəzərdə tutur-red.) əmin edirəm ki, oktyabrın 15-16 keçiriləcək görüşə əlinizdə gerçək planla gəlməsəniz, o zaman bizim konqres sizə qarşı yeni sanksiya qəbul edəcək və biz onu dəstəkləyəcəyik».
Şerman senat üzvlərindən Cenevrə danışıqları bitənədək İrana qarşı yeni sanksiyaların qəbulunu təxirə salmağa istəyib.