ABŞ səfiri: «Ermənistana Gömrük İttifaqından başqa əngəl yoxdur»
18 sentyabr 2013 06:28 (UTC +04:00)

ABŞ səfiri: «Ermənistana Gömrük İttifaqından başqa əngəl yoxdur»

ABŞ səfiri: «Ermənistan yolunu özü seçir»

«Ermənistan rəhbərliyinin boyun olduğu islahatların aparılmasına Vahid Gömrük İttifaqından başqa əngəl yoxdur».

 

Lent.az-ın «Svaboda» radiosuna istinadən məlumatına görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern müsahibəsində bildirib.

 

«Ermənistanın dostu və tərəfkeşi kimi bizim əsas hədəfimiz siyasi, iqtisadi və hüquq sahələrdə islahatların uğurla aparılmasına nail olmaqdır»-deyə, səfir əlavə edib.

 

«Ermənistanın Vahid Gömrük İttifaqına daxil olması qərarından məyus olmadınızmı» sualına cavabında amerikalı diplomat deyib: «Mən yenə bu fikridəyəm ki, qərbli tərəfkeşlər Ermənistan xeyirlidir. Ermənistanın Avropa Birliyinə gedən yolu yalnız demokratiya və qanunun aliliyinin doğru-düzgün gerçəkləşdirilməsindən keçir. Başqa bir tərəfdən Ermənistan yolunu özü seçir».

 

Ermənistan prezidentinin məsələ ilə bağlı qərarının detallarından xəbərsiz olduğun etiraf edən səfir daha bildirib: «Etiraf edim ki, mən bu anlaşmanın Vilnüs görüşündən sonra imzalanacağını gözləyirdim».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254

Oxşar yazılar