Ötən gün Suriyaya məxsus vertolyot Türkiyənin sərhədlərini pozduğu üçün vurulub.
Lent.az-ın «SNNTürk»-ə istinadən məlumatına görə, baş verən olayla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Ceyn Psaki açıqlama verib.
«Türkiyənin müstəqilliyi və torpaq bütövlüyü ilə bağlı öhdəliyimiz var. Türkiyənin təyyarısini Suriya vurandan bəri rəsmi Ankara silahlı qüvvələrlə bağlı bütün qaydalara əməl edir, bu yöndə fəaliyyəti şəffafdır»-deyə, amerikalı diplomat vurğulayıb.
Baş verənləri yaxından izlədiklərini və Türkiyə hökuməti ilə əlaqə saxladıqlarını deyən Pskai əlaə edib: «Bildiyiniz kimi Türkiyə dost və NATO müttəfiqi dövlətdir. Türkiyə Suriya hərbi vertolyotuna xəbərdarlıq etdikdən sonra vurduğun bildirib».
Xatırladaq ki, Dəməşqdəki rejim vertolyotun «səhvən Türkiyə ərazisinə» keçdiyini bəyan dib.