Ağ ev Misirə hərbi yardımı dayandırmaq niyyətində olmadığını bildirib.
Lent.az-nı «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu haqda prezident yanında Milli təhlükəsizlik üzrə şuranın təmsilçisi Keytlin Heyden açıqlama verib.
Bir müddət öncə KİV bildirmişdi ki, Ağ ev Misirə hərbi yardımın böyük bir hissəsini dayandıracağı haqda qərar qəbul etməyə yaxındır.
Mənbənin məlumatına əsasən, ABŞ hər il Misirə 1,5 milyard dollarlı yardım edir. Onun 1,3 milyard dolları ordunu ehtiyaclarına sərf olunur.
Misir prezidenti Məhəmməd Mursiyə qarşı etiraz aksiyaları zamanı ABŞ bu ölkəyə hərbi və iqtisadi yardımı dayandırmışdı.