ABŞ Əsədi tərifləməyə başladı
07 oktyabr 2013 10:57 (UTC +04:00)

ABŞ Əsədi tərifləməyə başladı

 

Suriyada kimyəvi silahların ləğv edilməsi prosesi başlayıb.

 

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, İndoneziyada Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Zirvəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən ABŞ dövlət katibi Con Kerri Suriya prezidenti Bəşər Əsədi tərifləyib.

 

Con Kerri deyib ki, kimyəvi silahların ləğvi rekord dərəcədə qısa bir müddətdə başlayıb. Suriyada əməkdaşlıqla bağlı Rusiyaya təşəkkür edən Con Kerri bildirib ki, BMT-nin qəbul etdiyi qərardan bir həftə sonra bəzi kimyəvi silahların ləğvi prosesinin başlaması çox önəmlidir: “Açıq deyəcəyəm, Suriya hakimiyyəti buna görə tərifə layiqdir. Bu, yaxşı bir başlanğıcdır və biz bunu məmnuniyyətlə qarşılayırıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215
avatar

Oxşar yazılar