ABŞ Belorusun 2 şirkətindən sanksiyanın götürüb
ABŞ Dövlət Departamenti Belorusun «BelOMO» optik-elektron cihazları ,habelə gecəgörmə və nişahgah istehsal edən zavoduna qarşı tətbiq etdiyi sanksiyanın müddətini artırmadığı barəsində məlumat yayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu günlərdə Vaşinqton Belorusun hərbi təyinatlı qurğuların istehsalçısı «Beltexeksport» şirkətinə tətbiq etdiyi sanksiyanı da ləğv edib.
Yasaqlar iki qüvvədə olub. Həmin müəssisələr İran, Şimali Koreya və Suriyaya qadağan edilmiş avadanlıq və texnologiya tədarük etmək şübhəli bilindiyi üçün sanksiyaya məruz qalmışdı.
Belorusun Xarici İşlər Nazirliyi Xarici İşlə Nazirliyi ABŞ-ın bu addımını məmnunluqla qarşılayıb.
İran, Şimali Koreya və Suriyanın hərbi potensialının məhdudlaşdırılması çərçivəsində Belorusun daha 3 şirkətinə qarşı ABŞ-ın sanksiyası qüvvədədir.