ABŞ admiralı saxtakarlığa görə işdən çıxarılıb
10 oktyabr 2013 06:19 (UTC +04:00)

ABŞ admiralı saxtakarlığa görə işdən çıxarılıb

ABŞ strateji komandalığı başçısının müavini vitse-admiral Tim Cardina tutduğu vəzifədən azad edilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda ABŞ Hərbi dəniz Donanması bildirib. O,Ayova ştatında qumarxanalardan birində saxtakarlıqla məşğul olmaqda, kazinoda saxta fişkalardan istifadə etməkdə şübhəli bilinir. Hazırda onun işi istintaqdadır.

 

Cardinanın rütbəsi kiçildilib və təhqiqat başa çatanadək o, başqa vəzifə daşıyacaq. Vitse-admiral 2011-ci ilin dekabrından strateji komandalığı başçısının müavini olub. O vaxtadək isə  ABŞ Sakit okean Hərbi Dəniz Donanması komandanının müavini və qərargah rəisi kimi xidmət edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776
avatar

Oxşar yazılar