Vaşinqtonla Tehran arasında münasibətlərin mülayimləşməsi özünü başqa məsələlərdə də göstərməkdədir.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu iki düşmən Əfqanıstanda ölkə infrastrukturunun bərpası istiqamətində əməkdaşlığa başlayıb.
Bu haqda İranın informasiya vasitələrindən birinə Əfqanıstan strateji araşdırma institutunun direktoru Davud Muradian bildirib.
Onun sözlərinə əsasən, bu günlərdə Əfqanıstanın qərb əyaləti Heratda Əfqanıstan - İran-ABŞ təmsilçilərinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə üçtərəfli müşavirə keçirilib.
Həmin görüşdə tərəflər Əfqanıstan iqtisadiyyatının dirçəlməsi, o cümlədən dəmiryolu, su ehtiyatlarından səmərəli istifadə, eləcə də narkotik maddələrini qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi qarşılıqlı əməkdaşlıq edilməsi məsələsi müzakirə olunub.
ABŞ və İran təmsilçiləri uyğun layihələrini maliyyələşdirilməsinə hazır olduqlarını bildirib.
Muradianın deyib ki, ABŞ nümayəndəsinin irəli sürdüyü bir sıra təşəbbüslər görüş iştirakçıları tərəfindən bəyənilib.