ABŞ-ın Kaliforniya ştatının Glendeyl rayonunda saxtakarlıq edən erməni qadın həbs edilib.
Lent.az-ın xarici informasiya vasitələrinə ( «Glendale News-Press») istinadən məlumatına görə, onun Adı Naira Şahmuradyandır. Yaşlı insanlar mənzil haqqını ödəmək üçün uzun növbələrdən canlarını qurtarmaqdan ötrü ödəniş pulunu ona verirmiş.
O isə etibardan istifadə edib, bu xidmət qarşılığında müəyyən pul tələb edirmiş.
Bundan başqa saxta vauçerlər təqdim edərək, potensial alıcıların hər birindən beh götürürmüş.
Naira Şahmuradyan şəxsi mülkiyyət oğurluğunda ittiham olunur.
Uzun müddət ondan xəbər olmayıb. Təxminən bir ay sonra beh verənlər onun ofisinə gəlib və onu orada görməyib.
Yaşayış proqramının maliyyələşdirilməsi proqramı məhdud olduğundan insanlar gerçək yardımı almaq üçün illər uzunu gözləməli olur. Məhz bu səbəbdən də onlar Muradyanan müraciət edib.