Avropa Birliyinin iki naziri rəsmi Kiyevdən keçmiş baş nazir, məhbus Yuliya Timoşenkonun sərbəts buraxılması ilə bağlı «blef etməkdən» əl çəkməyi istəyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Polşanın xarici işlər naziri Radoslav Sikroks və onun isveçli həmkarı Karl Bildt Ukraynanın prezidenti Viktor Yanukoviçlə görüşdə ondan AB ilə müqavilə bağlamaq üçün bütün şərtlərə əməl etməsini tələb edib.
«Hər iki tərəfə blef etmək artıq arxada qalıb. Fəaliyyət göstərməyin vaxtı çatıb» - deyə, «Röyter» ondan örnək göstərib.
Rəsmi Brüssel hesab edir ki, Timoşenko siyasi səbəblər üzündən həbs edilib. Ukraynanın Avropa Birliyinə Assosiativ üzv olması üçün keçmiş baş nazirin azadlığa buraxılması əsas şərt sayılır.