«Yaşıl»ların keçirəcəyi aksiya «Rosneft»ə də toxunacaq
17 oktyabr 2013 03:13 (UTC +04:00)

«Yaşıl»ların keçirəcəyi aksiya «Rosneft»ə də toxunacaq

«Greenpease»-ın gələcək aksiyaları Arktika şeflində «Shell» və «Rosneft» şirkətlərinə toxuna bilər.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, oktyabrın 16-da bu, ekoloji təşkilatın hüquqçusu Mixail Kreyndlin jurnalistlərə müsahibəsində belə deyib.

 

Arktika proqramının əlaqələndiricisi Yevgeniya Belyakova öz növbəsində bildirib ki, «Greenpease» təşkilatı Arktika şeflindən neft hasilatına qarşı planınını dayandırmayacaq: «Murmansk məhkəməsində nəyin baş verəcəyindən asılı olmayaraq, Arktika layihəsi davam etdiriləcək. Biz Arktika şeflində işlərin dayandırılmasına, mövcud yataqlardan axıdılan neftin təmizlənməsinə və şirkətlərin məsuliyyətə cəlb edilməsinə nail olacağıq».

 

Belyakovanın sözlərinə görə, «Greenpease» artıq « Shell», «Statoil», «Cairn Energy», «Exxon Mobil» və «Rosneft» şirkətləri ilə bağlı aksiya keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605
avatar

Oxşar yazılar