«Skinhed»ləri cərimələyib, buraxdılar
15 oktyabr 2013 00:13 (UTC +04:00)

«Skinhed»ləri cərimələyib, buraxdılar

Birülevoda baş verən pozuculuğun iştirakçıları «Kütləvi tədbirlərdə qaydaların pozulmasını təşkil etməkdə» və «Xırda xuliqanlıq» maddələri ilə cərimələniblər.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, tutulanların  «Kütləvi tədbirlərdə qaydaların pozulmasını təşkil etmək» maddəsi ilə 6 nəfərin hər biri 3 min rubl (təxminən min manat) məbləğində cərimələnib.

 

«Xırda xuliqanlıq» maddəsi ilə üç nəfərin hər biri min rubl, daha 4 nəfər isə hər biri 500 rubl məbləğində cərimə edilib.

 

Xatırladaq ki, oktyabrın 10-da qətlə yetirilən paytaxt sakini 25 yaşlı İqor Şerbakovun qatilinin tapılmamasına etiraz edən yüzlərlə rus milliyyətçisi – «skinhed» oktyabrın 13-də Birülevo rayonunda yerləşən «Biryuza» Ticarət Mərkəzinə hücum edib. «Skinhed»lər Qafqaz və Orta Asiyadan olan miqrantlara hücum edərək onları vəhşicəsinə döyüblər.

 

Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. Rus milliyyətçiləri polislərə də müqavimət göstəriblər. Daş-kəsək və dəmir alətlərlə onlara xəsarət yetirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644
avatar

Oxşar yazılar