«Səudiyyə Ərəbistanı: Yerinə yetirilməyən öhdəliklər»
22 oktyabr 2013 02:56 (UTC +04:00)

«Səudiyyə Ərəbistanı: Yerinə yetirilməyən öhdəliklər»

«Amnesty International» beynəlxalq müdafiə təşkilatı bildirib ki, Səudiyyə Ərəbistanında insan haqları sahəsində vəziyyət ağırlaşıb.

 

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hüquq müdafiəçiləri vurğulayıb ki, Səudiyyə Ərəbistanı BMT-nin 4 il öncə insan haqları sahəsində islahatla bağlı  tövsiyələrini nəinki yerinə yetirməyib, əksinə bu müddət ərzində fərqli düşüncəlilərə qarşı repressiyalar güclənib.

 

«Amnesty International»-ın məruzəsi «Səudiyyə Ərəbistan: yerinə yetirməyən öhdəlik» adlanır. Məlumatda bildirilib  ki, dinc nümayişçilər əsassız şəkildə hədələnərək, tutulur, məhkəmələr ədalətsiz qərarlar çıxarır, istintaq zamanı müttəhimlərə işgəncə verilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599
avatar

Oxşar yazılar