«Mİ-5»: «Terrorçuluğa qarşı mübarizə təhlükədə»
09 oktyabr 2013 05:11 (UTC +04:00)

«Mİ-5»: «Terrorçuluğa qarşı mübarizə təhlükədə»

Britaniya əks-kəşfiyyatı «Mİ-5»-in  yeni başçısı Endrü Parker ABŞ və İngiltərə xüsusi xidmət orqanlarının istifadə etdiyi elektron texnologiya vasitəsi izləmə məlumatlarının açıqlanması ucbatından onun rəhbərlik etdiyi qurumun terrorçuluğa qarşı mübarizə proqramı təhlükə altındadır.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bir neçə ay öncə Mərkəzi Kəşfiyyat İdarəsinin hazırda Rusiyaya sığınan  keçmiş əməkdaşı Edvard Snoudenin açıqladığı informasiyalardan söhbət gedir. Parker isə müraciətində  Snoudenin adını çəkməyib.

 

Onun sözlərinə əsasən, bu məsələ terror aktlarını dəf etmək üçün «Mİ-5»-i dəyərli informasiyalarla təchiz edən Mərkəzi Hökumət Əlaqələrinin (MHƏ) işinə zərbə vurub.

 

Cari ilin iyununda «Qardian» qəzeti yazmışdı ki, MHƏ 2010-cu ildə ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən milyonlarla insanın internet təmasları və telefon danışıqlarından toplanmış kəşfiyyat məlumatlarından istifadə edib.

 

Xatırladaq ki,  Edvard Snouden əlində olan gizli məlumatları məhz «Qardian»a ötürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar