ABŞ-ın xüsusi təyinatlıları tərəfindən Liviyanın paytaxtı Tripolidə «əl-Qaidə»-nin liderlərindən biri Əbu Ənas əl-Libini ələ keçiriblər.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Libi bu terrorçu təşkilatın keçmiş lideri Üsamə bin-Ladənin ən etibarlı adamı olub.
O, 10 ildən artıqdır axtarışdadır. ABŞ onu 1998-ci ildə Keniya və Tanzaniyadakı səfirliyinə basqının təşkilatçılarından sayır. Həmin hücum nəticəsində 12 amerikalı və 220-dən çox keniyalı həlak olmuşdu.