«Beşlər»-in görüşü qərarsız başa çatıb
Sentyabrın 17-də BMT TŞ-ın 5 daimi üzvü təmsilçilərinin müşavirəsində heç bir qərar qəbul edilməyib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onlar sentyabrın 14-də ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Cenevrədə Suriyadakı rejim başçısı Bəşar Əsədin əlindəki kimyəvi silahın beynəlxalq nəzarətə verilməsi haqda əldə edilmiş razılaşmaya uyğun qətnamə layihəsini müzakirə edib.
***
04.13
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərinin təmsilçiləri – ABŞ, Britaniya, Fransa, Rusiya və Çin Suriyadakı kimyəvi silahların ləğvi üzrə qətnaməni müzakirə etmək üçün Nyu-Yorkda görüşmək niyyətindədir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ABŞ-ın BMT-dəki təmsilçisi Erin Pelton bildirib ki, görüşün təfərrüatı hələ açıqlanmayacaq.
Bir az əvvəl bildirilmişdi ki, ABŞ, Britaniya və Fransa BMT-də Suriya ilə bağlı kəskin qətnamənin qəbul edilməsini istəyir.
Rusiya isə öz növbəsində öncə Suriyanın kimyəvi silahdan qurtulmasına imkan vermək lazım olduğunda israr edir.