Bu gün səhər saatlarında “Taliban” hərəkatının silahlıları NATO mənzil-qərargahının yerləşdiyi Kabil beynəlxalq aeroportuna hücum ediblər.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hücum edən silahlılardan 7-i öldürülüb.
‘Taliban” hərəkatının təmsilçisi Zaibulla Macahid silahlıların əsas hədəfinin NATO mənzil-qərargahı olduğunu bildirib. Aeroport bütün mülki reyslər üçün bağlanıb.