“Əl-Qaidə” lideri Ayman əz-Zəvahiri Misirdəki islamçılara müraciət edib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Ayman əz-Zəvahiri islamçıları islam bayrağı altında birləşərək ölkəni islam dini əleyhinə müharibə aparan hərbçilərdən xilas etməyə çağırıb.
Dünən internetdə yerləşdirilmiş 17 dəqiqəlik videomüraciətdə Ayman əz-Zəvahiri Misir hərbçilərini ABŞ, İsrail və islam əleyhinə çıxan xristianlarla ittifaq qurmaqda ittiham edib.