ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, Rusiyaya sığınınmış Edvard Snouden uzun müddətdən sonra ilk dəfə üzə çıxıb. Bu, Moskvada Sem Adams mükafatının təqdimetmə mərasimində baş verib. Snoudenə də mükafat verilib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden mükafata “Kəşfiyyatda düzgünlük və ədalət” nümayiş etdirdiyi üçün layiq görülüb. Sem Adams mükafatı Mərkəzi Kəşfiyyat İdarəsinin analitikinin şərəfinə adlandırılıb. Bu mükafata əvvəllər “Vikiliks” saytının yaradıcısı Culian Assanj da layiq görülüb.
Edvard Snouden Amerika kəşfiyyatını dinləmələri barədə məlumatları açıqladığı üçün axtarışa verilmişdi. O, iyun ayından Moskva hava limanının tranzit zonasında qalırdı, avqustun 1-dən etibarən isə Rusiya onu sığınacaqla təmin edib.