Tvitterin məşhur iş adamına qarşı məhkəmə iclasının vaxtı məlum oldu
29 iyul 2022 23:42 (UTC +04:00)

Tvitterin məşhur iş adamına qarşı məhkəmə iclasının vaxtı məlum oldu

0

Tvitter şirkətinin iş adamı İlon Maska qarşı iddiası üzrə ilk məhkəmə iclası oktyabrın 17-nə təyin olunub.

Lent.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Delaver ştatının məhkəməsi məlumat yayıb. 

Məlumatda bildirilir ki, iddia ərizəsi məhkəməyə iyulun 12-də daxil olub. İddiada iş adamıdan Tvitteri 44 milyard dollara almaq barədə öhdəliyinə əməl etmək tələb olunur. Proses 5 gün davam edəcək.  

Qeyd edək ki, İlon Mask apreldə Tvitteri alacağını bildirsə də, sonradan bəzi məsələlərdə razılıq əldə olunmadığından qərarını dəyişib.

Tvitter şirkəti məsələləri müzakirə etmək üçün sentyabrın 13-nə səhmdarların ümumi yığıncağını çağırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1372

Oxşar yazılar