Dəhşətli yanğında sağ qalan yeganə şəxs də öldü - YENİLƏNİB
22 oktyabr 2021 14:53 (UTC +04:00)

Dəhşətli yanğında sağ qalan yeganə şəxs də öldü - YENİLƏNİB

Ryazan yaxınlığındakı barıt zavodunda baş verən partlayışdan sağ qalan yeganə şəxs xəstəxanada dünyasını dəyişib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, beləliklə, ölənlərin sayı 17-yə çatıb

***

11:29

Yanğında itkin düşənlərin də meyitləri tapılıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb. Beləliklə, ölənlərin sayı 16-a çatıb.

***

11.13

Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda “Elastik” zavodunun barıt sexində yanğın baş verib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə hadisə nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb. 9 nəfərin taleyindən isə xəbər yoxdur.
İlkin məlumta görə, hadisə texnoloji proseslərin pozulması nəticəsində baş verib.

# 3003
avatar

Mehman Nəbiyev

Oxşar yazılar