Türkiyənin Amasya vilayətinin Suluova bölgəsindəki Derinöz su anbarında bir ailənin 5 üzvü batıb.
APA-nın yerli bürosunun xəbərinə görə, xilasedicilər ailənin 2 üzvünün cəsədini tapıblar.
Hadisə istirahət üçün göl kənarına gələn ailə üzvlərindən birinin suda çimərkən boğulması nəticəsində baş verib. Boğulan şəxsə kömək etmək istəyərkən, ailənin digər 4 üzvü də göldə batıblar.
Digər 3 nəfərin axtarışları davam edir.