Portuqaliya vətəndaşının başına maraqlı iş gəlib.
Lent.az-ın xəbərinə görə, Lissabon sakini avtomobil almaq üçün ödəməli olduğu 10 000 avronu nağdlaşdıraraq evə qoyub.
O, bir neçə saat sonra evə qayıdarkən dəhşətli mənzərənin şahidi olub: 10 aylıq küçük pulları çeynəyib yararsız hala salıb.
Çarəsiz qalan kişi banka müraciət edərək müsbət cavab alıb. Əsginasların korlanması müəyyən şərtlərə cavab verdiyi üçün başabaş dəyişdirilib.