9 ildən sonra kritik gün:  Rza Zərrabın hökmü bu gün elan ediləcək
14 iyul 2026 12:07 (UTC +04:00)

9 ildən sonra kritik gün: Rza Zərrabın hökmü bu gün elan ediləcək

0

Rza Zərrabın ABŞ-ın İrana qarşı sanksiyaları pozmaqda günahını etirafından və prokurorluqla əməkdaşlıq etməsindən təxminən doqquz il sonra hökm günü yetişib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Nyu-Yorkdakı federal məhkəmənin Zərrabın hökmünü bu gün elan etməsi gözlənilsə də, onun ifadəsi Halkbank məhkəməsi və keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan və Mehmet Hakan Atillaya qarşı məhkəmə prosesi də daxil olmaqla keçmiş işlərdə mühüm rol oynayıb. 

Ebru Gündəşə ərindən pis xəbər | Milli.Az

ABŞ-ın İrana qarşı sanksiyalarından qanunsuz şəkildə yayınması ilə bağlı işində kritik bir mərhələyə çatılıb. Günahını etiraf edən və prokurorluqla əməkdaşlıq edən Rza Zərrabın təxminən doqquz ildən sonra hökmü açıqlanacaq. 

Zərrabın alacağı hökm Nyu-Yorkun Manhetten şəhərindəki federal məhkəmədə keçiriləcək dinləmədə müəyyən ediləcək. 

9 ildən sonra kritik gün:  Rza Zərrabın hökmü bu gün elan ediləcək

9 il əvvəl həbs olunub

Rza Zərrab 2016-cı il martın 19-da ailəsi ilə birlikdə getdiyi Mayamidə ABŞ Federal Təhqiqat Bürosu (FTB) tərəfindən saxlanılıb və mart 2016-cı il martın 21-də həbs edilib.
Zərrabın həbsi ABŞ-da İrana qarşı sanksiyalardan yayınmaqda roluna görə “Halkbank”a qarşı məhkəmə iddiasının qaldırılmasına səbəb olub. 

Günahini etiraf edib azadliqa qaldı

Prokurorluqla əməkdaşlıq edən və günahını etiraf edən Zərrab 2018-ci ildə girov müqabilində azadlığa buraxılıb. Məhkəmə ifadələrində o, keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana 45-50 milyon avro və 7 milyon dollar rüşvət verdiyini və Çağlayanın İranla ticarətdən əldə etdiyi mənfəətin bir hissəsini tələb etdiyini iddia edib. Zərrab həmçinin məhkəməyə İrana neft və təbii qaz üçün ödənişlərin sanksiyaları aşaraq necə edildiyini ətraflı izah edib. 

Zərrab Hakan Atilla işində də ifadə verib

Zərrab həmçinin 2017-ci ildə ABŞ-da mühakimə olunan “Halkbank”ın o vaxtkı baş direktor müavini Mehmet Hakan Atillaya qarşı ifadə verib. Atilla İran sanksiyalarını aşmaqda roluna görə 28 ay həbsdə saxlanılıb və 2019-cu ildə Türkiyəyə qayıdıb. Daha sonra o, İstanbul Fond Birjasının baş direktoru vəzifəsini icra etsə də, iki il sonra bu vəzifəni tərk edib.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab və türkiyəli müğənni Ebru Gündeş 2010-cu ildə ailə qurub. Onların Alara adlı bir qızları olub. Cütlüyün evliliyi 2021-ci ildə rəsmən sona çatıb və Ebru Gündeş ile Reza Zərrab resmen boşanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar