Atlarla yarışan inək –
06 aprel 2011 19:12 (UTC +04:00)

Atlarla yarışan inək –

0
15 yaşlı alman qızı Regina Mayer ad günündə atasından ona at almağı xahiş edir. Lakin xahiş rədd edilir. Ancaq qız ruhdan düşmür və öz inəyinə təlim keçərək, at əvəzinə istifadə etmək qərarına gəlir.

Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, uzun müddətli təlim nəticəsində qız istəyinə nail olur. İnək dördnala çapır (daha doğrusu qaçır), maneələrdən tullanır. Qızın dediyinə görə, inəyin həvəsi olanda hər bir əmri yerinə yetirir. İstəksiz olduqda isə bir neçə metr gedərək dayanır. Bunun da çarəsi onu yaxşı yedirməkdir.

Regina bu inəklə at yarışmasına qatılmaq niyyətindədir.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 744

Oxşar yazılar