Misirdəki səfirliyimizin əməkdaşları ərzaq qıtlığı ilə üzləşiblər
Misirdə kütləvi iğtişaşlar başladıqdan sonra bu ölkədən evakuasiya olunan Azərbaycan vətəndaşlarının sayı 137 nəfərə çatıb. Bu barədə APA-ya Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Elnur İsmayılov məlumat verib. Onun sözlərinə görə, bu gün daha 7 Azərbaycan vətəndaşı Qahirə aeroportunda evakuasiya olunmağı gözləyir. Bugünkü Şarm əl-Şeyx-Moskva reysi ilə isə daha 9 Azərbaycan vətəndaşı Moskvaya gedəcək. Elnur İsmayılov Qahirə aeroportunda təyyarələrə bilet almağın müşkül məsələyə çevrildiyini deyib: “Aeroportda ölkəni tərk etməyə hazırlaşan minlərlə insan var. Azərbaycan səfirliyinin “qaynar xətti”nə İsgəndəriyyədə təhsil alan 3, Qahirədə təhsil alan isə 10 azərbaycanlı tələbə müraciət edib və hazırda onların evakuasiyası ilə bağlı məsələlər həll edilmək üzrədir”.
Elnur İsmayılov Qahirədə qalan səfirlik əməkdaşlarının səfir Şahin Abdullayevin evində qaldıqlarını deyib: “Dünən Azərbaycan səfirliyinin və səfirlik əməkdaşlarının əksəriyyətinin qaldıqları mənzillərin yerləşdiyi rayonda qeyri-stabil vəziyyət vardı, evlərə hücumlar olunur, qarət halları baş verirdi. Biz hazırda səfirin evindəyik, burada vəziyyət nisbətən sakitdir. Qahirədə ərzaq almaq çox çətindir, buna görə də səfirlik əməkdaşları ərzaq ehtiyatını qənaətlə istifadə edirlər”.

Oxşar yazılar

Miqrantları təyyarəyə doldurub bura göndərəcəklər
10 iyul 2025 , 06:03
Texasda ölənlərin sayı 119 oldu
10 iyul 2025 , 03:48Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB
9 iyul 2025 , 23:52Hər şey bir sillə ilə məhdudlaşmadı: Bricit Makron Emmanuelə hər şeyi sözsüz "başa saldı" - VİDEO
9 iyul 2025 , 19:21
Ermənistanda deputat həbs olundu
9 iyul 2025 , 19:04
Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29