Türkiyədə türklərin də erməniləşdirilməsi prosesi başlayıb
Türkiyədəki erməni məktəblərində artıq tək ermənilər deyil, erməni-türk cütlüklərinin nikahından dünyaya gələn uşaqlar, o cümlədən türk ailələrin övladları oxuyacaqlar.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, artıq erməni-türk cütlüklərin uşaqları İstanbuldakı 18 erməni məktəbində təhsil almağa başlayıblar.
Qeyd edək ki, buna qədər Türkiyədəki erməni məktəblərində ancaq Erməni Qriqoryan Kilsəsinə gələn ermənilərin uşaqları oxuya bilərdilər. Ancaq bir müddət əvvəl Türkiyə Təhsil Nazirliyinə məktub göndərilib ki, valideynlərdən biri Qriqoryan Kilsəsinə etiqad edirsə, kifayətdir.
Panqaltı erməni orta məktəbinin rəhbəri Qaregin Barsamyan qəzetə açıqlamasında deyib ki, bir çox şagird müsəlman kimi qeydə alınıb. Bəzi şagirdlərin valideynləri isə türk-yunan cütlüyüdür: “Bundan asılı olmayaraq, həmin uşaqlar erməni-xristian təhsili alırlar və dini etiqadları ilə bağlı seçimlərinə də gələcəkdə özləri qərar verəcəklər”.
Türkiyə Təhsil Nazirliyi 1988-ci ildən sonra Ermənistandan gələn immiqrantların uşaqlarının da bu məktəblərdə təhsil almalarına icazə verib. Qaregin Barsamyan bildirib ki, 2011-2012-ci illərdə Türkiyədə işləmək və yaşamaq hüququ qazanan ermənilər də uşaqlarını bu məktəblərə göndərə bilərlər.

Oxşar yazılar

Miqrantları təyyarəyə doldurub bura göndərəcəklər
10 iyul 2025 , 06:03
Texasda ölənlərin sayı 119 oldu
10 iyul 2025 , 03:48Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB
9 iyul 2025 , 23:52Hər şey bir sillə ilə məhdudlaşmadı: Bricit Makron Emmanuelə hər şeyi sözsüz "başa saldı" - VİDEO
9 iyul 2025 , 19:21
Ermənistanda deputat həbs olundu
9 iyul 2025 , 19:04
Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29