Əsədin də canına qorxu keçdi
01 fevral 2011 16:57 (UTC +04:00)

Əsədin də canına qorxu keçdi

Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, qeyri-hökumət təşkilatları ölkədə Konstitusiya islahatlarının aparılması, siyasi məhbusların buraxılması, işsizlik və yoxsulluqla mübarizə aparılması tələbi ilə kütləvi aksiyaların keçirilməsinə qərar veriblər.

Qeyri-hökumət təşkilatları aksiyaya qatılmaqla bağlı xalqa müraciət ediblər. Prezident Bəşər Əsəd isə dərhal hərəkət keçib. Aksiyaların qarşısını almaq üçün Bəşər Əsəd təhlükəsizlik qurumları ilə toplantılar keçirməyə başlayıb. Artıq Suriyada separatizmə meylli kürdlər və islamçı təşkilatlar ciddi nəzarətə götürülüblər. Ehtimal olunan olayların qarşısını almaq üçün ölkə miqyasında müxalif görüşlü insanların həbsinə start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar