Mübarəkin taleyi bu gün həll olunur
Bu gün günorta namazından sonra eyni vaxtda Misirin bir neçə şəhərində prezident Hüsnü Mübarəkin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçiriləcək.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu günkü aksiya masştabına görə ən böyüyü olacaq və Hüsnü Mübarəkin də taleyi də məhz bu aksiyaların nəticəsindən asılı olacaq.
Aksiyaların təşkilində əsas rolu oynayan Müsəlman Qardaşları Hərəkatının liderləri ön cərgələrdə olacaqlarını bəyan ediblər. Dünən Misir müxalifətinin Hüsnü Mübarəkin hakimiyyətdən uzaqlaşdırılmasına nail olunduqdan sonra prezident postuna vahid namizəd kimi gördüyü MAQATE-nin keçmiş rəhbəri Məhəmməd əl-Baradey də ABŞ-dan Qahirəyə gəlib. Məhəmməd əl-Baradeyi jurnalistlərə açıqlamasında deyib ki, 30 il prezident postunda olan Hüsnü Mübarəkin hakimiyyətdən uzaqlaşmasının zamanı çatıb: “Mən keçid dövründə hakimiyyətin idarə olunmasını öz üzərimə götürməyə hazıram”.
Bu arada Misir hakimiyyətinin ölkədə ‘Facebook” və “Twitter” kimi sosial şəbəkələrə girişi dayandırdığı da məlum olub. Hakimiyyət kütləvi aksiyaların sosial şəbəkələr üzərindən təşkilinin qarşısını almaq üçün belə addım atıb. Misir hakimiyyəti dünən həm də müxalifətin tələblərini müzakirə etmək üçün danışıqlara başlamağa hazır olduğunu da bəyan edib. Ancaq bunun üçün kütləvi aksiyalara son verilməsi əsas şərt kimi irəli sürülüb.

Oxşar yazılar

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53