Şevardnadze: “Neft kəmərləri Gürcüstanı tam işğaldan xilas etdi”
25 yanvar 2011 14:59 (UTC +04:00)

Şevardnadze: “Neft kəmərləri Gürcüstanı tam işğaldan xilas etdi”

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze maraqlı bəyanat verib. Lent.az-ın məlumatına görə, eks-prezident “Asaval-Dasavali” jurnalına müsahibəsində deyib ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin mövcud olması 2008-ci ildə Gürcüstanın tamamilə Rusiya tərəfindən işğal olunmasının qarşısını alıb.


Eduard Şevardnadze qeyd edib ki, bu neft kəmərləri mövcud olduğu üçün xarici dövlətlər Gürcüstana dəstək veriblər və Rusiyanın ölkəni tam işğal etmək planının həyata keçməsinə mane olublar. O, bu kəmərlərin çəkilməsində özünün xüsusi xidmətlərinin olduğunu da qeyd edib: “Qonşularla yaxşı münasibətimiz Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tilfis-Ərzurum qaz kəmərinin çəkilməsinə şərait yaratdı”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar