Türkiyə səfirini aşağılayan nazir müavini qarət olunub
21 yanvar 2011 21:42 (UTC +04:00)

Türkiyə səfirini aşağılayan nazir müavini qarət olunub

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, oğrular onun avtomobilini və şəxsi əşyalarını çırpışdırıblar. Oğurluq baş verən vaxt ailə üzvləri yuxuda olublar. Dani Ayalon mülkiyyətinin oğurlanmasının iş fəaliyyəti ilə əlaqədar olmadığını söyləyib. Polis əməkdaşları ehtimal edirlər ki, oğrular kimin evini qarət etdiklərini bilməyiblər.


Qeyd edək ki, Dani Ayalon Türkiyənin israildəki səfirinə qarşı aşağılayıcı hərəkətə yol verməklə diqqət çəkib. Keçən il o, “Kurtlar Vadisi-Pusu” teleserialında İsraillə bağlı məqamlara etiraz olaraq, İsrail Xarici İşlər Nazirliyinə çağırılmış səfiri özünün əyləşdiyi kresloya nisbətən alçaq olan kresloda əyləşdirib. O, həmin vaxt orada olan jurnalistlərə də bunu qəsdən etdiyini bildirib və İsrail mətbuatı onun sözlərini olduğu kimi dərc edib. Bu hadisə də Türkiyə və İsrail arasında diplomatik qalmaqala yol açıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar